Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı müzakirə olunub.

Eləcə də, koronavirus pandemiyası ətrafındakı vəziyyətə və infeksiya ilə mübarizədə görülən tədbirlərə toxunulub.