Karate üzrə Dünya və Avropa çempionu Niyazi Əliyevin qəlyan istifadə edərkən çəkilmiş videosu sosial şəbəkədə paylaşılıb. 

Unikal.org xəbər verir ki, dünya çempionu N.Əliyev məşhur vaynerlər Elçin Mürsəlov və digərləri ilə birlikdə "qəlyan trendi"nə qatılıb. 

Qeyd edək ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müsahibələrinin birində "Ağır narkotik vasitələr son mərhələdirsə, qəlyan çəkməyi ilk mərhələ hesab etmək olar" deyə bildirmişdi. 

Gülayə Məcid