“Vətəndaşlar ciddi yanaşmırdılar, məsuliyyətsizlik edirdilər. Sərt karantin rejiminin yenidən bərpası gözlənilirdi, çünki yoluxanların sayı getdikcə artırdı”.

Bu barədə millət vəkili Asim Mollazadə  Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-nə kimi sərt karantin rejiminin yenidən tətbiq olunması ilə bağlı qərarını Unikal.org-a şərh edərkən bildirib. 

“Belə də olmalı idi. Epidemiya getdikcə yayılırdısa, bunun qarşısının alınması üçün belə bir addımın atılması lazım idi. Hər kəsin sağlamlığının qorunması üçün bu, ən doğru addımdır. Bu, təkcə sıravi vətəndaşlar üçün deyil, hər kəs üçün keçərli bir qərardır və Operativ Qərargahın tövsiyyələrinə əməl edilməlidir”.

Dürrə Həsənli