Mingəçevirdə yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yol qəzası 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 21 099” markalı minik avtomobili ilə digər minik maşını toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.