Amerikalı məşhur aktyor Ansel Elgort 17 yaşlı qıza cinsi təcavüz etməkdə ittiham olunub.  

Unikal.org xəbər verir ki, 26 yaşlı aktyorun 2014-cü ildə sosial media hesabından “Gabby” istifadəçi adı ilə danışdığı 17 yaşlı gənc qıza cinsi mesajlar göndərdiyi iddia edilib. 

Hadisədən illər keçməsinə baxmayaraq, gənc qız  Anselin bu hərəkətinə görə əziyyət çəkdiyini bildirib və aidiyyatı qurumlara müraciət edərək, gənc aktyor barəsində məhkəmə işlərinin başladılmasını istəyib.