İspaniya Sequndasında çıxış edən "Las Palmas" klubunun futbolçusu Xorxe Sançes Vaka bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org xəbər verir ki, 17 yaşlı oyunçu və ondan iki yaş kiçik dostu birgə çimdikləri vaxt su kanalında batıblar.

Klub hadisə ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, "Las Palmas" bu mövsüm 34 oyundan 45 xalla 10-cu yerdə qərarlaşıb.