Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcəklər. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.