Münhen “Bavariya”sı Almaniya Bundesliqasının 33-cü turunda “Frayburq”u məğlub edib - 3:1.

Unikal.org xəbər verir ki, Bundesliqa lideri bu qələbə ilə yeni rekorda imza atıb.

Belə ki, “Bavariya” Bundesliqada ardıcıl 15 oyundur ki, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.