"Barselona" vingeri Usman Dembeleni satmağa hazırdır.

Unikal.org xəbər verir ki, Kataloniya klubu fransalı futbolçunun transfer məbləğini də artıq müəyyənləşdirib.

La Liqa təmsilçisi 23 yaşlı hücumameyilli oyunçunu 50-60 milyon avroya satmağı planlaşdırır. İspanlar Fransa millisinin üzvünü hətta icarə vermək variantını da nəzərdən keçirə bilər.

Qeyd edək ki, Usman Dembelenin xidmətində ən çox maraqlı olan klub "Liverpul"dur.