"Leççe" İtaliya çempionatının 27-ci turunun matçında "Milan"a 1:4 hesabı ilə uduzub.

Unikal.org xəbər verir ki, görüş Leççenin "Via Del Mare" stadionunda olub.

Matçda hesab birinci hissənin ortalarında açılıb - 26-cı dəqiqədə Semuel Kastilexo ilk qolun müəllifi olub. Meydan sahibləri bu qolun əvəzini ikinci hissənin başlanğıcında çıxıblar - 54-cü dəqiqədə Marko Mankozu 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Bundan bir dəqiqə sonra Cakomo Bonaventura "Milan"ı növbəti dəfə hesabda irəli çıxarıb - 2:1. Az sonra Ante Rebiç üçüncü qolu vurub. Qarşılaşmada meydan sahiblərinin sonuncu - dördüncü qolunu Rafael Lea vurub.