İngiltərə Premyer Liqasında daha bir futbolçu koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu dəfə London “Arsenal”ın oyunçusunun testi müsbət nəticələnib. Hələlik futbolçunun adı açıqlanmır. Lakin onun iki komanda yoldaşı ilə təmasda olduğu müəyyənləşib. Hər üç oyunçu karantinə alınıb.

Qeyd edək ki, “Arsenal” iyunun 25-də “Sauthempton”la qarşılaşacaq.