Dünyanın ən güclü tennisçilərindən olan Novak Cokoviç koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki,  serbiyalı tennisçinin testi müsbət çıxıb.

Bu səbəbdən 33 yaşlı Cokoviç karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, Novak Cokoviç 17 dəfə "Qrand Slam" çempionu olub.