“Azərreyl” daha bir voleybolçunu transfer edib.

Unikal.org xəbər verir ki, Bakı klubu amerikalı Kazmier Braunla bir illik müqavilə bağlayıb.

Kaz Braun kimi tanınan 23 yaşlı voleybolçu 2014-2018-ci illərdə ABŞ-ın “Kentukki Yuniversiti”, 2018/2019 mövsümündə Almaniyanın “Münster” və ötən mövsüm Ukraynanın “Ximik” klublarının şərəfini qoruyub.