PSJ klubunda 4 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, məşqlərin bərpasının gözlənildiyi bir vaxtda testin nəticəsi 4 nəfərdə müsbət çıxıb. Onlardan 3-ü futbolçu, 1-i isə məşqçidir. Karantinə alınan şəxslərin həkim müayinəsinə başlanılıb.

Qeyd edək ki, Fransa Liqa1-i erkən başa çatdırılıb və lider PSJ çempion elan edilib.