“"Mən artıq sağalmaq üzrəyəm",- deyə bilərəm. Və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir”.

Unikal.org xəbər verir ki, bunu koronavirusa yoluxan deputat Sahib Alıyev özünün “Facebook” hesabında yazıb.

“Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğma planetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəstələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!”, - deputat bildirib.