Belarus Prezidenti Aleksandr Lukaşenko müharibə veteranı ilə söhbəti zamanı göz yaşlarını saxlaya bilməyib.

Unikal.org bildirir ki, Belarus lideri  Moskvada  Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradını izləmək üçün hazırda Rusiyada səfərdədir.

Yayılan videokadrlardan görünür ki, tribunada  müharibə veteranı ilə söhbəti zamanı A.Lukaşenko ağlamağa başlayıb. Belarus liderinin müharibə veteranı ilə nədən bəhs etdiyi məlum deyil, lakin  prezident təsirlənərək göz yaşlarını silməyə başlayıb.