Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Unikla.org-un məlumatına görə, Prezident İlham Əliyev iyunun 24-də bununla bağlı sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.