Slovakiya Prezidenti Zuzana Çaputova  bütün dünyaya yayılan koronavirus pandemiyasına görə özünü təcrid edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Prezidentin özünütəcridə yollanmasının səbəbi kimi onun administrasiyasının üzvlərindən birinin koronavirusa yoluxmuş şəxslə əlaqəsi göstərilib.

Z.Çaputovanın cümə gününə qədər planlaşdırılmış bütün tədbirləri ləğv edilib.