Rusiyanın Kalininqrad vilayətində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı zamanı maraqlı hadisə yaşanıb.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, paradın iştirakçılarından birinin yürüş zamanı ayaqqabısı çıxıb. 

Buna baxmayaraq, qadın özünü itirməyərək yürüşə davam edib, nəticədə onun addımladığı cərgə pozulmayıb. 

Baltika donanmasının komandanı Aleksandr Nosatov qadının özünü itirməməyini dəyərləndirərək, onunla şəxsən tanış olacağını bildirib və qeyd edib ki, onu mükafatlandıracaq.