ABŞ-da koronavirusun (COVID-19) pandemiyasından ölənlərin sayı son 24 saatda 841 nəfər artaraq 123 min 500-ə çatıb.  

Unikal.org COVID-19 məlumatlarının tərtib olunduğu “Worldometer” saytına istinadən xəbər verir ki,   son 24 saatda ölkədə yoluxmuş insanların sayı 35 min 608 artaraq 2 milyon 425 min 424-ə yüksəlib.  

Yoluxma halı və ölümlərin sayının azalmasına baxmayaraq, Nyu-York hələ də pandemiyadan ən çox təsirlənən ştatdır. Nyu-Yorkda bu günə qədər 412 min 636 nəfər koronavirusa yoluxmuş, 31 min 314 adam  isə pandemiyanın qurbanı olub.