Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra belə bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 53486 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün 1386 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5025 nəfər ölüb, 191657   nəfər bu infeksiyaya yoluxub, 164234 nəfəri isə müalicə olunub.