İngiltərədə yeni növ koronavirus (COVID-19) səbəbiylə ölənlərin sayı 43 min 81-ə yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkədə 154 nəfər COVID-19 səbəbiylə dünyasını dəyişib. Bununla da ölkədə ölənlərin ümumi sayı 43 min 81-ə çatıb. 

Belə ki, son sutkada  virusa yoluxanların sayı 653 artaraq 306 min 862-yə yüksəlib. 

Qeyd edək ki, İngiltərə COVID-19-dən ölənlərin sayına görə Avropada birinci, ABŞ və Braziliyadan sonra dünyada 3-cüdür.