Son 24 saat ərzində Meksikada koronavirusa 5 437 nəfər yoluxub. Ölkədə virusa yoluxanların sayı isə 196 847 nəfərə çatıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 342 nəfər vəfat edib.