Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi.

Unikal.org xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub. 

Hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində xidmət edən Ramil Əsgərov, daha əvvəl Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi əvəzi vəzifəsini icra edib.(demokrat)