ABŞ-da Oreqon ştatının Linkoln dairəsində qaradərili amerikalılar tibbi maskalardan istifadə etməyə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu, onların izlənmədən qorxmaları ilə əlaqədardır.

Linkoln dairəsinin sakinləri tələb edir ki, koronavirusa görə insanların böyük əksəriyyəti ictimai, qapalı yerlərdə və küçədə qoruyucu maskalardan istifadə etsinlər.

Afroamerikalı və Latın amerikalılar bildiriblər ki, maska taxdıqları zaman onları cinayətkarlara bənzədirlər və bu vəziyyət insanları narahat edir. Hüquq müdafiəçiləri bunu ərazidəki sakinlərin 90%-nin ağ dərililərdən ibarət olması ilə əlaqələndirirlər.

İrqi azlıqların nümayəndələri olan əlillər, nəfəsalma problemi olan xəstələr və 12 yaşdan kiçik uşaqlar maska taxmaqdan azad olunacaqlar. Qeyd olunur ki, səlahiyyətlilər hələ də iki yaşdan 12 yaşadək uşaqların maska taxmağını tövsiyə edir.

Qeyd edək ki, qaradərili insanlar arasında COVID-19-dan ölüm hallarının ABŞ-ın digər sakinlərindən 2,3 dəfə çox olduğu vurğulanır.