İsveç hökuməti əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını iyulun 7-dək uzadıb.

Unikal.org xəbər verir ki, qadağa Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə vətəndaşlarına şamil olunmur.

İsveç koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq qadağasını martın 19-da bir ay müddətinə tətbiq etmişdi. Daha sonra qadağa mayın 15-i və iyunun 30-dək uzadılmışdı.

Qeyd edək ki, bu günədək İsveçdə 62 mindən çox şəxs koronavirusa yoluxub, 5 209 nəfər ölüb.