Özbəkistanın Yangiyul şəhərində kağız-sellüloz fabrikində güclü yanğın baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  yanğın “Global KOMSCO Daewoo” Özbəkistan-Cənubi Koreya birgə müəssisəsi zavodunda qeydə alınıb.

Yanğın ümumilikdə 5 min kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısının alınması üçün 36 yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə nəticəsində itkilərin olmadığı deyilir.

Qeyd edək ki, həmin zavod ildə 12 min ton kağız istehsal edir.