Polşanın paytaxtı Varşavada 30 nəfərin olduğu sərnişin  avtobusu  körpüdən aşıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, idarəetməni itirən sürücü hərəkətdə olduğu körpüdən aşıb. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. 

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.