Şəxsi həyatını və ailəsi ilə bağlı məlumatları gizlətməsi ilə tanınan Rusiya Prezidenti Vladimir Putinin qızlarının fotoşəkilləri ölkə mətbuatında gündəm yaradıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Putinin 1983-2014 illəri arasında evli olduğu Lyudmiladan olan Mariya və Katerina adlı qızlarının fotoşəkilləri, Rusiya liderinə yaxın adlardan biri olan milyarder Sergey Pugacevi  paylaşımında görüntülənib.