Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, Səfirliyin "Facebook" səhifəsindəki paylaşımda yazılıb:

“Silahlı Qüvvələr Gününüz Mübarək! Böyük Britaniya Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə səmimi təbriklərini çatdırır. Ölkələrimiz arasında güclü ikitərəfli münasibətləri inkişaf etdirməyə, həmçinin NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıq etməyə davam edirik. COVİD-19-un çətinliklərinə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək Böyük Britaniyada təlimlərinə davam edirlər”.