ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, Səfirliyin "Facebook" səhifəsindəki paylaşımda yazılıb:

“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.