Tovuzda qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

Unikal.org xəbər verir ki, ölən şəxs minik avtomobilinin sürücünü, 1974-cü il təvəllüdlü Həsənov Haqverdi Qurban oğludur. Xəsarət alan isə onun övladı, 2005-ci il təvəllüdlü Həsənov Murad Haqverdi oğludur. (apa)

***18:35

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşını toqquşub.

Unikal.org "Report"a istinadla xəbər verir ki, hadisə Məşədilər kəndində qeydə alınıb. 

Qəza nəticəsində 1 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Ölən şəxsin yaralının atası olduğu bildirilir. Onların ad və soyadları dəqiqləşdirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.