İngiltərənin “Vest Hem” klubu üç futbolçusu ilə vidalaşır.

Unikal.orgxəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, müqaviləsinin müddəti iyunun 30-na qədər olan argentinalı müdafiəçi Pablo Sabaleta, kolumbiyalı yarımmüdafiəçi Karlos Sançes və ingilis sağ cinah müdafiəçisi Jeremi Nqakia ilə yolların ayrılacağı diqqətə çatdırılıb.

Sabaleta ilə Sançesdən fərqli, Nqakia özü komandadan ayrılmaq istəyib. O, klubun maddi baxımdan daha yaxşı şərtləri olan yeni müqavilə təklifini qəbul etməyib.

“Vest Hem” Premyer Liqada 31 turdan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.