Türkiyə Super Liqasında XXIX tur başlayıb.

Unikal.org xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib.

Günün yeganə matçı İstanbulda baş tutub. Mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparan “Beşiktaş” öz meydanında “Konyaspor”u qəbul edib. “Ağ-qaralar” autsayderlər qrupunda yer alan rəqibini asanlıqla üstələyib.

Qeyd edək ki, turun digər oyunları iyunun 27-29-da keçiriləcək.