Mingəçevirdə kafedə bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1972-ci il təvəllüdlü  Ruslan Kamandar oğlu Əsgərov kafedə olarkən özünü pis hiss edib. Təcili tibbi yardım gələnədək R.Əsgərov keçinib.

Onun hansı səbəbdən öldüyü bəlli deyil. Meyit məhkəmə tibbi ekspertizası üçün morqa aparılıb. 

Faktla bağla araşdırma aparılır.