Abşeron rayonunda ev yanıb.

Unikal.org xəbər verir ki, rayonda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və ikinci mərtəbəsində 4 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.