Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçmək cəhdinin qarşısı alınıb.

Unikal.org  xəbər verir ki, 90 AA 181 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılan karantin keçid postunda saxlanılıb və həmin nəqliyyat vasitəsi geri qaytarılıb.(report)