"Bavariya"nın sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edib.

Unikal.org-un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü danışıb.

Niderland millisinin keçmiş oyunçusu birillik fasilədən sonra futbola döndüyünü və ilk klubu olan "Qroningen"də çıxış edəcəyini açıqlayıb: "Futbolçu kimi "Qroningen"ə qayıdıram. Futbola dönmək üzərində işləyirəm, məqsədim budur. Bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma "Qroningen"də oynamaq xəyalımdır".