Serbiya və Monteneqro millisinin keçmiş baş məşqçisi İlya Petkoviç koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, tanınmış futbol mütəxəssisi səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Onun koronavirus infeksiyasına yoluxduğu aşkar edilib. Həkimlərin səylərinə baxmayaraq, İlya Petkoviçin həyatını xilas etmək mümkün olmayıb.