Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı qurum rəsmisi öz feysbuk hesabında yayıb.

"Bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə təcili tibbi yardıma müraciət etdim. Mən, yoldaşım və oğlumun koronavirus testlərinin nəticəsi pozitiv çıxıb. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, virusa qalib gələcəyik" - deyə o, qeyd edib.