“Arsenal” klubu futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb.

Unikal.org xəbər verir ki, London təmsilçisi həlledici görüşdə “Şeffild Yunayted” komandası ilə qarşılaşıb.

Oyun londonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə “Arsenal” yarımfinal mərhələsinə vəsiqə qazanıb.