Türkiyə Super Liqasında XXIX tur davam edir.

Unikal.org xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.

Rizədə baş tutan qarşılaşmada 4 qol vurulub. Lakin yerli “Rizəspor”un “Dənizlispor”la duelində qalib müəyyənləşməyib.

Çempionatın sürprizlərindən olan “Sivasspor” “Kayserispor”u qəbul edib. Autsayder səfər qələbəsi ilə son pilləni tərk edib.

“Qaziantep”lə “Antalyaspor”un matçında qalib müəyyənləşməyib. Meydan sahibləri hesabı açsa da, qonaqlar bərabərlik qoluna imza atmağı bacarıb.

Turun mərkəzi görüşündə iki İstanbul klubu üz-üzə gəlib. Yarışın lideri “Başakşəhər” son çempion “Qalatasaray”la görüşüb. İstanbul derbisindəki qollar ikinci yarıda vurulub. Hərəyə bir dəfə fərqlənən komandalar bir xalla kifayətlənib.

Qeyd edək ki, tura iyunun 29-da yekun vurulacaq.