Braziliyada ziyafət zamanı silahlı insident baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rio-de-Janeyro şəhərində qeydə alınıb.

Məlumata görə, ənənəvi iyun bayramını qeyd etməyə toplaşan insanlar naməlum şəxslər tərəfindən atəşə tutulub. İnsident nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Cinayətin kimlər tərəfindən törədildiyi bilinmir, araşdırma aparılır