Bir neçə gün öncə “Nyu York Times” qəzetində Əfqanıstanda öldürülən amerikalı əsgərlərə görə Rusiyanın Talibana mükafat verməsi ilə bağlı məlumat yer almışdı.

Unikal.org xəbər verir ki, Amerika Prezidenti Donald Tramp yayılan məlumatın ardından məşhur qəzetə “Qaynağını açıqla” deyə sərt reaksiya bildirib. 

“Kimsə Rusiyaya qarşı Tramp qədər sərt olmadı. Co Bayden ilə Barak Obama dönəmində Rusiya bayram edirdi”, -  Tramp sosial şəbəkə hesabında bildirib.