Yaponiyada alimlər insanların yaxın üç il ərzində hansı xəstəliklərdən əziyyət çəkəcəyini dəqiq müəyyən edə biləcək metod hazırlayıblar.

Unikal.org “Kiodo” agentliyinə istinadən xəbər verir ki, bu tədqiqatda alimlərə süni intellekt kömək edib.

Bildirilir ki, tədqiqat zamanı alimlər fiziki vəziyyəti, genetik meylliliyi, pis vərdişləri nəzərə alınmaqla təxminən 20 min insanın tibbi göstəricilərini analiz ediblər. Bundan sonra toplanan məlumatlar süni intellektə ötürülüb.

Yeni metodun köməyi ilə demensiya, diabet, ateroskleroz, xroniki böyrək çatışmazlığı, hipertoniya, piylənmə, ürəyin işemik xəstəliyi və s. daxil olmaqla 20 yaxın xəstəliyi yüksək ehtimalla öncədən müəyyən etmək olur. Alimlər hesab edirlər ki, yeni üsul xəstəliklərin qarşısını almaq üçün insanlara həyat tərzini dəyişməyə kömək edəcək.