Yaponiya G7 Sammitinin ənənəvi formatının saxlanılmasında maraqlıdır.

Unikal.org xəbər verir ki, belə bir bəyanatla Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqe Rusiya və daha dörd ölkənin sammitə dəvət alacağı ilə bağlı yayılan xəbərlərə reaksiya verərkən deyib.

“Düşünürəm ki, bizim ölkəmiz üçün hazırkı yedditərəfli formatın saxlanılması olduqca vacibdir”, - deyə Tokionun təmsilçisi bildirib.

Eyni zamanda Suqe əlavə edib ki, ABŞ özü sammitin necə keçiriləcəyini razılaşdıracaq.

Xatırladaq ki, ABŞ Prezidenti  Donald Tramp mayın sonunda G7 Sammitini payıza qədər təxirə salmaq və tədbirə əlavə bir neçə ölkəni də dəvət etmək barədə qərar verdiyini bildirmişdi.  Rusiyadan savayı, Avstraliya, Cənubi Koreya və Hindistanın da sammitə dəvət alacağı gözlənilir.