Pakistanda Karaçi şəhərində iyunun 29-da fond birjasına edilən silahlı hücum nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər xəsarət alıb. 

Unikal.org xəbər verir ki, bu barədə “Geo TV” məlumat verir.

Bildirilir ki, dörd silahlı birjaya hücum edərək əsas girişin qarşısında qumbara partladıblar, daha sonra isə insanlara avtomatdan atəş açmağa başlayıblar. Hadisə yerinə polis qüvvələri cəlb olunubl. Atışma nəticəsində üç mühafizəçi və bir polisin öldürüldüyü bildirilir. 

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, terrorçular polis əməkdaşlarının asudə zamanda geyindikləri paltarda olublar.