“Koronavirus böhranı ölkə üçün fəlakət olub”.

Unikal.org xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson “Times” radiosuna müsahibəsində deyib. 

“Pandemiya ölkə üçün fəlakət oldu. Gəlin bu sözləri qulaqardına vurmayaq. Bu, bir kabus idi və ölkə dərin bir şok keçirdi. Ancaq bu çətin anlarda dəyişiklik etmək və daha yaxşı işlər görmək imkanımız var. Biz həqiqətən daha yaxşı, fərqli işlər görmək, infrastruktura, nəqliyyata sərmayə qoymaq istəyirik”, - deyə B. Conson bildirib.

Baş Nazir hökumətin böhrana reaksiyası ilə bağlı araşdırma aparılacağını qeyd edib.

“Vəfat edənlərə və bu böhrandan əziyyət çəkənlərin hamısına görə biz nəyin nə zaman yanlış getdiyini öyrənməyə borcluyuq. Mən bunu tamamilə başa düşürəm və biz bunu edəcəyik. Lakin düşünürəm ki, pandemiyanın davam etdiyi bir zamanda bunu etmək üçün doğru zaman deyil. Düşünmürəm ki, bütün bunlara rəsmi vaxt sərf etmək üçün hazırkı məqam əlverişlidir, amma biz bu böhrandan dərsimizi alırıq və gələcək üçün düzgün nəticələr çıxacağıq”, - deyə Baş Nazir vurğulayıb.