İndoneziyada son sutkada koronavirusa yoluxanların sayı 1 082 nəfər olub.

Unikal.org xəbər verir ki, bu barədə İndoneziyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 55 092-yə çatıb.

Qeyd olunub ki, İndoneziyada koronavirusun yayılmasından bəri 2 833 nəfər ölüb, 23 800 nəfər sağalıb.