Çinin “CanSino Biologics” farmakologiya şirkəti COVID-19-a qarşı vaksinlərin hərbçilər üzərində sınaqdan çıxarılmasına hökumət tərəfindən icazə alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vaksin Pekinin Biotexnologiya İnstitutu və Çinin Hərbi-Tibbi elmlər Akademiyası ilə birgə hazırlanıb.

Hazırda ölkədə səkkiz vaksin hazırlanır. Lakin “CanSino”nun məhsulu kütləvi sınaqdan keçirilən ilk peyvənddir. Vaksin laboratoriya sınaqlarının birinci və ikinci fazalarını uğurla keçərək, koronavirusla mübarizədə “potensial” nümayiş etdirib. Nəticədə, Çinin Mərkəzi hərbi komissiyası bu peyvəndin bir il müddətində hərbçilər üzərində sınaqdan keçirilməsinə icazə verib.